ArxivXəbər lentiXəbərlər

Hacı Taleni elektrikə verib, öz əleyhinə ifadə almaq, AzTV–yə çıxarmaq istəyirlər

İki aydır, qanunsuz olaraq, o, “bandotdel“də saxlanılır. Ağlagəlməz işgəncələr verilir

 “Analoqsuz terrorçu” barədə susanlar və danışanlar…


“Zahidin bir barmağın kəssən, dönüb həqdənqaçar

Gör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz” (Nəsimi).

İki aydır, yenə azərbaycanlı aşiq diri-diri soyulur. Özü də Samirədə yox, Bakıda, öz evimizdə! Düz iki aydır! İki aydır, qanunsuz olaraq, o, “bandotdel“də saxlanılır. Ağlagəlməz işgəncələr verilir. Daxili orqanlarının neçəsi və nə cür sıradan çıxarılıb,bilmirik.

Neçə sümüyü qırılıb, o da naməlum.

Qanun yol versə də, evi ilə, körpə balaları ilə bir kəlmə danışmasına icazə vermirlər. Qanuna da zülm edirlər, Tale Bağırzadəyə də.

Onun üçün yemək, paltar götürülmür. Davamlı işgəncə altında saxlandığı barədə söz söhbətlər hər gün artmaqdadır. Deyirlər, onu elektrikə verib, öz əleyhinə ifadə almaq, AzTV–yə çıxarmaq istəyirlər, hələ ki, bacarmırlar. Amma nə qədər dözə biləcək? Bilmirəm. Asan deyil. Barmağınıza bir tikan batanda ciyərinizin necə yandığını birdüşünün, bu aşiqin isə sözün hər iki mənasında, ciyərləri parçalanıb.

Və bu dəhşət bizim gözümüzün qabağına baş verir! Hamımız bu dəhşəti unutmaq istəyirik. Unudulasıdırmı?

Bu gün fədakar vətənsevər Tale Bağırzadənin günahsız yerə, 3-cü dəfə həbsəatılmasının iki ayı tamam olur.

Təkcə həbs günü baş verənlər yox, ondan əvvəl və sonra güc strukturlarının davranışı Tale Bağırzadənin günahsızlığını sübut edir.

İşgəncələr, vəkillə görüş imkanının məhdudlaşdırılması, heç bir açıqlama verilmədən “Bandotdel“də saxlanılması, ailə üzvlərilə görüş verilməməsi, evə zəng etmək hüququnun əlindən alınması, sovqat, geyim qəbul edilməməsi… Sizcə bütün bunlar qərəzin əlamətləri deyilmi? İki aydır gərgin zəhmətə, montaj–şantaja baxmayaraq, güc orqanları 7 vətəndaşımızın həyatına son qoyan o səriştəsiz əməliyyatın videosunu ortaya çıxara bilmirsə, deməli, çox da düşünməyə ehtiyac qalmır.

***

Hacı Talenin başına gələnlər çox ağır və dəhşətli olsa da, ona verilən ittiham dodaqlara gülüş qondurmaq gücündədir. Biz hamımız 4-5 kitab oxumuş adamlarıq, terror, terrorçuluq nədir, az-maz bilirik. Zəmanəmizin Şərqdən Qərbə qədər ad çıxaranterrorçularını da tanıyırıq. Onların heç biri ilə Tale Bağırzadəni tutuşdurmaq olmur. Nəüçün? Bir incə məqama diqqət edin: Siz dövlət orqanları ilə münasibət quran, onlarınqanuniliyini təsdiq edən və onunla hesablaşan hansı terrorçunu, terror təşkilatını tanıyırsınız?

Hansı terror təşkilatı fəaliyyət göstərdiyi ölkədə qeydə alınmaq üçün sənəd hazırlayıb,o ölkənin Ədliyyə Nazirliyinə, yaxud buna bənzər qurumuna üz tutub? Təsəvvür edin,Əymən Zavahiri (“Əl–Qaidə“nin başçısı) Əfqanstan Ədliyyə Nazirliyinə müraciət edirki, onların təşkilatını qeydiyyata alsınlar.

Yaxud, Əbu Bəkr Bağdadi İraq və Suriya güc orqanlarını məhkəməyə verir ki, onuntərəfdarlarına qarşı aşırı güc tətbiq olunub. Bəlkə, Nüsrət cəbhəsinin lideri Covlanini Suriya polisinə həftədə bir dəfə izahata çağırırlar, o da gedib izahat verib gəlir?

Bilirəm, bunları oxuyub gülürsünüz, amma reallıqdan savayı bir şey yazmadım. Oreallıq ki, əslində, biz ona ağlamalıyıq. Yahu, bu Tale Bağırzadə necə bir terrorçu olubki, leqal təşkilat (“Müsəlman Birliyi” hərəkatı) yaradır, onu qeydə aldırmaq istəyir, rəhmətlik MTN–in, polisin çağırışına gedir, güc orqanlarının özbaşınalığından prokurorluğa şikayət edir və s. Belə adamı olsa–olsa, ancaq? analoqsuz terrorçu?adlandırmaq olar.

Hacı Talenin həbsinin bircə motivi var: o zülmlə barışmırdı. Bu barışmazlığın dagizlətmirdi, ucadan bəyan edirdi, özünün həqiqətpərəst adlandıranları da bunasəsləyirdi. Onun həbsi indi təkcə hökuməti rahatlatmayıb, eyni zamanda, nə qədər “həqiqətpərəst” toxdaqlıq tapıb. Axı hacı onları da narahat edirdi. Onların yalanınıaçırdı, göstərirdi ki, əməlsiz ibadət, işıqsız şam kimdir. O, əməlin vacibliyini önəçəkirdi, bu isə çoxunun ovqatını təlx edirdi. Bu cür adamlar indi dəstəmazın müstəhəbvə məkruhları barədə, qüsul almağın tərtibi barədə şiddət və şövqlə mübahisələr aça,möizələr oxuya bilirlər. Noolsun ki, onların “qardaş” dediyi adamı indi sərpa soyrlar. Özü də dayanmadan. İki aydır!

“Multikulturalizm ili“nə töhfəm

Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevin xatirələrindən (1982-ci ildə dərcolunan “Həyəcan təbili” kitabı) maraqlı fakt aşkarlamışam.

Həsən Əliyev ötən əsrin 50-ci illərinin əvvələrində Talış dağlarına ezamiyyətəgöndərilir. Gəzir, gəzir, gedib çıxır Yardımlıya. İndi isə diqqət.

O yazır ki, 40-50 evlik bir kəndə yetişir. Kənddə adamların görünməməsi onu təəccübləndirir.

Kənd Sovetinə (yeni nəsil üçün qeyd: Kənd Soveti əvvəllər kəndləri idarə edən, bələdiyyəyə bənzər təşkilat idi) yollanır ki, bəlkə burda kimsə ola. Yenə heç kimtapılmır. Kəndə uşaqlarla haray salınır ki, bəs axı, Bakıdan gələn var. Bir azdan başına bənövşəyi rəngdə kəlağayı bağlamış bir qadın gəlib onunla salamlaşır.

Bu, Partiya Təşkilatının katibi olur.

O, qəribə vəziyyət haqda izahat verir ki, “Məhərrəm ayı” olduğundan, camaat başqa rayonlara “dolanmağa” gedib.

Müəllif yazır ki, bu kənd başdan–başa seyidlərmiş, yəni onlar başqa kəndlərəəzadarlığa yollanıblar.

Sitat:

“Bəs başını niyə sarımısan, xəstəsən?

Dedi ki, yox, ay başına dönüm, seyidəm, Məhərrəm ayıdır, camaatdan ayrılmaq olmaz“.

Bələliklə, 50-ci il, Stalin hələ sağdı, Partiya katibi başıbağlı, seyidlər də təziyədə…

Mənim sözüm yoxdu, qardaşlar, söz sizlərdə və “bandotdel“dədir, buyurun.

Natiq Güləhmədoğlu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button