ArxivXəbər lentiXəbərlər

Azərbaycanda ən çox verilən uşaq adları Yusif və Zəhradır

Son beş ildə Azərbaycanda doğulan oğlan uşaqlarına daha çox Yusif, qız uşaqlarına Zəhra adı verilib

 Virtualaz.org saytı Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin məlumatına əsasən xəbər verir ki, son beş ildə doğulan 16.780, eləcə də 2015-ci ildə dünyaya gələn 3.555 oğlana Yusif adı verilib.

2015-ci ildə 3.512, son beş ildə isə 16.148 qıza Zəhra adı qoyulub.

Ötən il 2.474 qız uşağına, eləcə də son beş ildə 12.265 körpəyə Nuray adı verilib.

Keçən il doğulan qızlardan 2.303-nə, son beş ildə isə, 11.677-nə Fatimə adı qoyulub.

Ötən il doğulan körpələrdən 2.533-ü, son beş ildə doğulanlardan 11.547-si Hüseyn, ötən il 2.472-i, son beş ildə 11.382 oğlan Əli adını alıb.

Son beş ildə 7.783 qız uşağına (ötən il 1.773) Aylin, 7.665 qıza (ötən il 1.531) Ayan, 7.525 qıza (ötən il 1.746) Zeynəb, 7.315 (ötən il 1.672) oğlana Ömər, 7.248 oğlana isə Məhəmməd adı verilib.

– See more at: http://islamazeri.az/azerbaycanda-en-cox-verilen-usaq-adlari-yusif-ve-zehradir–30480.html#sthash.5QJuk8rk.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button