ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tehran və Bakı ağır avtomobillər istehsalında həmkarlıq edəcəklər

İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ağır avtomobillər istehsalında həmkarlıq edəcəyini bildirib.

Qafqaz.ir-nin məlumatına əsasən, Seyid Abbas Musəvi öz şəxsi tvitter səhifəsində İran və Azərbaycan Respublikasının avtomobilqayırma sahəsində əməkdaşlıq etmələrindən xəbər verib.

Musəvinin sözlərinə görə, İran və Azərbaycan Respublikası traktor və avtobus istehsalında əməkdaşlıq edəcəklər.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin “Xəzər” adlı İran avtomobili ilə sürücülük etməsindən bir təsvir yayan Musəvi yazıb ki, avtobus və traktor istehsalı tezliklə iki qonşu və müsəlman ölkə olan İran və Azərbaycan Respublikasının iş gündəmində qərar tapacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button