ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Azərbaycandakı səfiri qarşılıqlı əlaqələrlə bağlı olan son proseslərə münasibət bildirib

Bakı, 25 sentyabr, SalamNews, B.Samid. “Qarabağa qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub. İran şirkətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmalı olduğu tapşırılıb… İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox…Təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə yüksək səviyyədə bildirib, bu, planlı təlim olub.”

SalamNews xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi son açıqlamasında deyib.

Səfir Bakıda İranın “Müqəddəs Müdafiə Həftəsi”nin (İran-İraq müharibəsi) 41-ci ildönümü ilə bağlı keçirilən mərasim çərçivəsində son proseslərə münasibət bildirib.

O deyib:

“Bunlar dostyana, qardaşyana ismarışlar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yük maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək”

Səfir əlavə edib:

“İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə yüksək səviyyədə bildirib, bu, planlı təlim olub. Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycan əyalətində keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.

Diplomat Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətlərinin olduğunu vurğulayıb:

“Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Seyid Abbas Musəvi bildirib ki, sonuncu görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button