ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranın Azərbaycan Respublikasındakı səfirliyi bəyanat yayıb

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi, son günlər bəzi məlum virtual medialar vasitəsi ilə İrana qarşı edilən dezinformasiyalara münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin bəyanatında Azərbaycan Respublikasının şərəfli və müdrik xalqının diqqətinə çatdırılır ki, Laçın dəhlizindən İrana məxsus yük maşınlarının Qarabağa gediş-gəlişi ilə bağlı kiber məkanda irəli sürülən iddialara cavab olaraq, İran İslam Respublikasının müvafiq qurumları tərəfindən aparılmış araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir.

Bəyanatda sonra deyilir: “İki dost və qardaş ölkə arasındakı münasibətlərin inkişaf etdiyi bir vaxtda, iki ölkə arasındakı münasibətlərin inkişafını istəməyən kanallar və qruplar tərəfindən belə əsassız və yalan məlumatlar yayımlanır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button