ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Bu gün 9 May 2-ci dünya müharibəsinin sona çatdığı gündür

1939-cu il sentyabrın 1-də faşist Almaniyası ildırım sürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb.

SəhərAzəri– 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İkinci dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib.

Azərbaycan Respublikası xalqının Sovetlər birliyinin nasist Almaniyaya qələbəsində böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməsinə baxmayaraq, nasist Almaniya tərəfində döyüşən erməni hərbçilərin xatirəsinin Moskvada anılması və heykəllərinin Azərbaycanın Rusiyanın nəzarətində olan ərazilərdə ucaldılması, Azərbaycan xalqını dərindən narahat edir. Bu il nasist Almaniyaya qələbənin ildönümü münasibəti ilə Xankəndidə Rusiya hərbçilərinin parad keçirməsi də Azərbaycandakı nazazılıqları daha da artırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button