ArxivXəbər lentiXəbərlər

İranın 8 vaksini ÜST-nin siyahısına daxil edildi

İranın 8 vaksini Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun müalicəsi üçün nəzərdə tutulan namizədlər siyahısına daxil edilib.

Qafqaz.ir  yerli KİV-ə istinadən bildirir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, İranda koronavirusa qarşı peyvəndin alınması üçün demək olar ki, bütün mümkün strategiyalar laboratoriya istehsalı mərhələsindən keçib.

“Fars” agentliyi isə iranlı alimlərin koronavirus infeksiyasına qarşı öz ölkələrinin istehsalı olan iki peyvəndin sınaqlarına başladıqları barədə məlumat yayıb. Bildirilir ki, peyvəndlərin sınaqdan keçirilməsi üçün çox sayda könüllü müraciət edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button