ArxivIslamXəbər lentiXəbərlər

İslam İnqilabına İmam Hüseyn (ə) qiyamınin təsiri

Qafqaz Mədənyyət mərkızi: Hicri-qəməri 61-ci il, məhərrəm ayında Neynəva adlanan məntəqədə bir fəryad ucaldı ki, istibdad və zülmə qarşı mübarizə hərəkətlarına əbədi nümunə olacaq. Bu qiyam mahiyyətcə müqəddəs və mənəvi bir qiyam idi. Hüseyn qiyamı bütün haqsevərlərin zalım güclərə qarşı geniş mübarizəsinin təcəssümü idi. İran İslam İnqilabı bu böyük mədəniyyətin bariz nümunəsidir. O siyasi şiə mədəniyyətindən, xüsusilə Aşura qiyamından qaynaqlanırdı. Bu böyük hadisənin İslam İnqilabına təsiri o qədər böyük idi ki, bu təsirsiz qələbə qazanılmazdı, ən azı bu sürətlə müvəffəqiyyət əldə edilməzdi.

Dünyanın tanınmış mütəfəkkirləri bu fikirdədir ki, İran İslam İnqilabının güclü ideoloji dayağı olub. Bu dayağın gücü ilə geniş xalq kütlələri birləşə bilib və onların arzuları gerçəkləşib. Hamid İlqar “İslam İnqilabının kökləri” kitabında şiəlik, İmam Xomeyni (r) və İslam ideologiyasını bu inqilabın üç kökü kimi qeyd edir. Asəf Hüseyn “İslami İran” kitabında yazır: “İnqilab və onun müxalifləri belə bir nöqtə üzərində dayanır ki, bu inqilab ideologiya, müxalifətin rolu, legitimlik, təlimlər və rəhbərlik baxımından mütaliə edilməlidir.” İnqilabın siyasi ədəbiyyatını nəzərdən keçirdikdə onun şüarları, çıxışları, bəyanatlarından aydın olur ki, bu inqilabda Hüseyn qiyamının müstəsna təsiri olub. Hüseyn qiyamı nə öyrətdi: 1.Şəhadət mədəniyyəti; 2.Batillə ardıcıl mübarizə; 3.Zalıma nifrət mədəniyyəti; 4.Allahın razılığı və müsəlmanların xoşbəxtliyi yolunda hərəkət; 5. Fəsada qarşı önləyici tədbirlər mədəniyyəti, əmr be məruf və nəhy əz münkər. Bütün bunlar inqilabın qəlbəsinə müstəsna təsir göstərdi. İnqilabın davamı da bu bu təcrübələr əsasında mümkün oldu. Aşura mədəniyyəti inqilabın meydana gəlişində, qələbəsində, onun davamında rol oynadı. Aşura hadisəsi inqilabı yaratdığı kimi, ona həyat verdi. İmam Xomeyninin (r) nəzərincə, Aşura hərəkatı dini, ilahi hakimiyyəti, bəndəçilik məsuliyyyətini dirçəltdi, istibdada zərbə vurdu, dini əmr və qadağalar mədəniyyət olaraq əməvi mədəniyyətinin yerini tutdu. İmam (r) buyururdu : “Müaviyə və Yezidin İslama zərbəsi bu deyildi ki, xilafəti qəsb etmişdilər. Onların zərbəsi İslamı səltənət, padşahlıq vəziyyətinə gətirmələri idi. Mənəviyyatın məhvinə qərar vermişdilər. İmam Hüseyn (ə) bu təhlükələri aradan qaldırdı…” Bu baxımdan İran xalqının inqilabda məqsədi “məruf” ünvanında zülmün aradan qaldırılması, ilahi hökumət qurmaq, İslam hökmlərini icra etmək, “münkər” ünvanında biganələrin əsarətinə son qoymaq idi. Bütün bunlar İmam Hüseynin (ə) hədəflərindən idi. İmam Hüseyn (ə) Aşura qiyamının məqsədini bəyan edərkən buyurur ki, məqsəd əmr be məruf və nəhy əz münkərdir. İmam Xomeyni (r) Aşura məktəbindən faydalanaraq bilrirdi ki, yeganə çıxış yolu inqilabdır. Müasir İran tarixində heç bir hərəkat inqilabi ideyalara malik olmayıb. İmam isə məharət göstərərək Aşura işığında xalqın baxışını dəyişdi. İmam xalqın diqqətini inqilabın fəlsəfəsinə yönəltdi, xalq özünü Hüseyn qiyamının sıralarında gördü. Bu inqilab Aşura qiyamının dəyərlərinə sədaqət əsasında davam edə bilər. Şəhadət ruhiyyəsi, azadlıq istəyi, şərəf və ləyaqət, zülmə nifrət inqilabın davamına zamin olan şərtlərdir. İqtisadiyyatdan başlamış xarici siyasətə qədər bütün meyarlar Hüseyn qiyamın meyarlarına uyğun olmalıdır. Əgər 8 illik təcavüzkar müharibə bu xalqın əzmini qıra bilmədisə, informasiya müharibəsi, iqtisadi sanksiyalar təsirsiz qaldısa, bütün bunlara görə Hüseyn qiyamına borcluyuq.

Bu gün Azərbaycan Respublikası kimi ölkələrdə zülm və dini məhdudiyyətlərə qarşı mübarizə varsa, bu da Aşura mədəniyyətinin bəhrəsidir. Bu məktəb Hacı Mövsüm Səmədov, Abgül Süleymanov, Mübariz İbrahimov kimi insanlar tərbiyə edib. Bu insanlar uca səslə “biz Hüseyn övladlarıyıq” deyirlər. Bəli, şəhadəti qəbul edən məktəb əsarəti qəbul etməz!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button