ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İranda zəlzələ nəticəsində ölənlərin və yaralananlar sayı artıb (ƏLAVƏ OLUNUB)

İranın cənubunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 5 nəfərə, yaralananların sayı 44 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə İranın təcili yardım təşkilatının sözçüsü Muctaba Xaledi məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib, 22-sinə isə hadisə yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Daha sonra bir neçə afterşok olub. Afterşoklardan ən güclüsünün maqnitudası 6,3 bal olub.

İranın cənubunda baş verən 6,1 bal gücündə zəlzələ nəticəsində 4 nəfər həlak olub, 19 nəfər isə xəsarət alıb.

Trend “İRNA”ya istinadən xəbər verir ki, bunu Hörmüzgan əyalətinin qubernatoru Mehdi Dosti deyib.

Onun sözlərinə görə, xəsarət alanlar Bəndər Hamir və Bəndər Lenge rayonlarının xəstəxanaların yerləşdiriliblər.

Qubernator qeyd edib ki, zəlzələ bir sıra fəsadlar törədib. Bununla əlaqədar Qırmızı Aypara cəmiyyəti təcili yardım düşərgələri təşkil edir.

M.Dosti sakinləri zəlzələ baş verən regionlara getməməyi xahiş edib.

Xatırladaq ki, İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

İranın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button