ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran mətbuatı Azərbaycan Prezidentinin peyvəndlərlə bağlı fikirlərini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət televiziyasına verdiyi müsahibədə səsləndirdiyi “Kasıb ölkələrin insanlarının haqları tapdalanır, amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə təmin edirlər” fikirləri İran mətbuatı tərəfindən geniş işıqlandırılıb.

Qafqaz.ir  xəbər verir ki, bu ölkənin İRNA, Mehr, İSNA və digər saytları Prezident İlham Əliyevin fikirlərinə geniş yer veriblər.

Materiallarda qeyd olunub ki, Azərbaycan Prezidenti ədalətli mövqe nümayiş etdirərək dünya əhalisini maraqlandıran problemə toxunub. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına rəhbərlik edən dövlət olaraq bu məsələni dünya miqyasında gündəmə gətirir və üzv dövlətlərin mövqeyini müdafiə edir.

Yazılarda Azərbaycan Prezidentinə istinadla bildirilib: “İndiki şəraitdə, xüsusilə zəngin ölkələr arasında olan bu ixtilaflar istehsalçılara da mənfi təsir göstərir, bir çox ölkələrin vətəndaşlarını bu vaksinlərdən məhrum edir. İnkişaf etmiş ölkələr dünya əhalisinin 14 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər. Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button