ArxivXəbər lentiXəbərlər

Mirtağı Əsədov: “Elm Şəhəri” universiteti qurulacaq.”

Bu gün 14 Fevral Xanım Zeynəbin (s.ə) təvəllüd bayramında çıxış edən Ü.G.M.A.D.İ-nin rəhbəri Mirtağı Əsədov möminlərin bayramını təbrik etdikdən sonra möminlərə bayram hədiyyəsi olaraq sevindirici xəbərlər verib. O “Hüzurunuza çatdırım ki, biz Allahın izni ilə İmam Əlinin (ə) adını daşıyan “Elm Şəhəri” universitetinin fəaliyyətinə başlayırıq. Əvvəl Allah, sonrə siz möminlərin dəstəyi ilə bu universiteti rəsmiləşdirib və bütün tələbələrimizə diplom vermək hüququna malik olacıq. Bu gündən etibarən, hal hazırda davam edən bütün dərslər Ü.G.M.A.D.İ-nin nəzdində yaradılan “Elm Şəhəri” adlı universitetin tərkibinə keçiriləcək. Həmçinin Fəlsəfə, Məntiq, İslam və Gürcüstan tarixi dərsləri də tezliklə dərslər arasında yer alacaq. Xarici ölkələrdə yaşayan, müxtəlif sahələr üzrə Professor, Doktor olan müəllimlər onlayn internet vasitəsi ilə tələbələrimizə dərs deyəcək, müxtəlif mövzularda vebinar və seminarlar keçiriləcəkdir.” deyə qeyd edib. Biz də mgeo.ge kollektivi olaraq müvəffəqiyyətlər arzu edir, universitetin tələbələribdən böyük uğurlar gözləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button