ArxivXəbər lentiXəbərlər

Minsk qrupu Qarabağ münaqişəsinin həlli üzrə daha artıq səy göstərməlidir

Azərbaycan hökuməti ATƏT-in Minsk qurupundan Qarabağ münaqişəsinin həlli üzrə daha artıq səy göstərməsini istəyib.

CBC telekanalının verdiyi məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının daimi şurasındakı çıxışı zamanı bu fikirləri səsləndirib.

Araz Əzimov Azərbaycan hökumətinin Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə sadiq olduğunu bildirərək, Minsk qrupu həmsədrlərinin iştirakı ilə müştərək bir iclasın keçirilməsinə təkid edib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib: Qarabağ münaqişəsinin həlli prosesiin uzadılması və mövcud vəziyyətin davam etməsi regionda sülh və sabitliyə mənfi təsir göstərir.

Azərbaycan xarici işlər nazirinin müavini həmçinin deyib: Azərbaycan həmçinin, terrorizm və narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə sahəsində beynəlxalq prinsiplər əsasında lazımi tədbirlər görməklə yanaşı, iqtisadi islahatlar aparmaqla xarici sərmayə qoyuluşları üçün də münsib şərait yaradıb.

Araz Əzimov daha sonra korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın öz təcrübələrini digər ölkələr ilə payaşmağa hazır olduğunu da bildirib və deyib: Azərbaycan Almaniyanın ATƏT çərçivəsində bu ölkə ilə əməkdaşlıqlarını genişləndirməsini himayə edir.

Azərbaycan xarici işlər nazirinin müavini cari ilin 25-27 aprel tarixində Bakıda 7-ci beynəlxalq Sivilizasiyaların Birliyi Seminarının keçiriləcəyinə işarə edərək, bunu sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində Azərbaycanın digər uğurlu rolu adlandırıb.

A.Əzimov əlavə edib: Azərbaycanda multikulturalizmin genişləndirilməsi hazırda dövlət siyasətinə çevrilib və ölkəmizdə bütün dinlər və etnik qrupların nümayəndələrinin bir-birinin kənarında dinc yanaşı yaşaması üçün münasib şərait mövcuddur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button