ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran-Rusiya-Çin təliminin mesajı regionda təhlükəsizliyi təmin etməkdir

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani bildirib ki, İran, Çin və Rusiya arasında keçirilən dəniz manevri müstəqil ölkələrlə çiyin-çiyinə olmaqla region ölkələri və inqilab düşmənlərinə yeni bir model təqdim edəcəyini söyləyib.

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani bildirib ki, İran, Çin və Rusiya arasında keçirilən dəniz manevri müstəqil ölkələrlə çiyin-çiyinə olmaqla region ölkələri və inqilab düşmənlərinə yeni bir model təqdim edəcəyini söyləyib. Üç ölkənin qoşulduğu təlimdə hər bir ölkənin öz texnikası ilə iştirak etdiyini və təhdidlərə, sui-qəsdlərə və embarqolara baxmayaraq öz imkanlarını işə salmağın İran üçün böyük şərəf olduğunu bildirən İrani, İranın öz ayaqları üzərində dayandığını və dəniz sahəsində beynəlxalq səviyyədə söz sahibi olmaq hüququna diqqət çəkib. İranın Cəmran və Danə freqatları ilə iştirak etdiyini bildirən İrani, təlim zamanı birqütblü dünyanın yox olacağı ilə bağlı region ölkələrinə və inqilab düşmənlərinə xəbərdarlıq edildiyini bildirib. İrani deyib: “Bu təlim göstərdi ki, İran Hərbi Dəniz Qüvvələri çoxsaylı təlimləri idarə etmək üçün lazımı gücə çatıb və bunu okeanlar üzərində ən yaxşı şəkildə edə bilər”.

İrani bu əməkdaşlığın davam etdirilməsinin bölgədəki qeyri-sabitlikdən faydalananların məqsəd və planlarını pozacağını bəyan edərək, Hind okeanının dünyanın ən təhlükəli okeanı olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button