ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Qızıl Aypara Cəmiyyəti Türkiyədə təltif edilib

İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Türkiyədə baş verən dağıdıcı zəlzələ zamanı sürətli və düzgün yardım və xilasetmə səylərinə görə, Türkiyənin “Fədakarlıq ordeni” ilə təltif edilib.
 İranın Ankaradakı səfiri Məhəmməd Fərəzməndin də iştirak etdiyi mərasimdə “Fədakarlıq nişanı” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir-Hüseyn Kulivəndə verilib.
Kulivənd İRİB-in müxbirinə verdiyi müsahibədə İslam İnqilabının Aliməqamlı Rəhbərinin Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə təcili yardım göstərilməsi əmrinə toxunaraq, deyib: “İran Qızıl Aypara Cəmiyyəti İranın şimal-qərbində Xoy şəhərində zəlzələdən zərər çəkənlərə yardımın təmin edilməsində iştirak etdiyi halda, Türkiyə və Suriyanın zəlzələdən zərər çəkmiş bölgələrinə sürətlə xilasetmə qrupu göndərməyə başladı”.
Kulivəndin sözlərinə görə, İranın axtarış-xilasetmə qrupları silahlı qüvvələrin əməkdaşlığı ilə sağ qalanların axtarışı, dağıntıların aradan qaldırılması, yardım, xilasetmə və müalicə xidmətlərində effektiv rol oynaya bildilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button