ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hətta deputatlar da öz fikrlərini sərbəst ifadə edə bilməzlər

Bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə deputat Vahid Əhmədovun məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacağı gözlənir.
bu barədə qərarın aprelin 25-də Milli Məclisin iclasında qəbul edildiyi bildirilir.
V.Əhmədov aprelin 16-da verdiyi müsahibədə bəzi deputatların bizneslə məşğul olmaları, onların düzgün seçilib-seçilməmələri ilə bağlı fikirlərini dilə gətirmişdi. Habelə, o seçki keçirilərsə, hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyasının da parlamentdə təmsil oluna biləcəyini istisna etməyib.
V.Əhmədovun sözlərinə görə, Azərbaycanı idarə etmək çox çətindir, üstəlik, indiki dövrdə dövlətin də apardığı siyasətə müxalifət olmaq o qədər də asan məsələ deyil. “Bizim coğrafi vəziyyətimiz elədir ki, hamının burada gözü var. İndi Türkiyə bizə qardaşdır, bizə çox köməklik etdi müharibədə. Amma yenə gözləri elə buradadır…”, – o, sözlərinə əlavə edib.
Parlamentdə aprelin 25-də bu məsələ ilə bağlı müzakirələr sosial şəbəkələrin də diqqətini çəkib. Artiq orada “linç kampaniyası”, “düz sözə görə cəzalandırma”, “söz azadlığının olmaması” kimi dəyərləndirmələr ifadə edilməkdədir.
Turan xəbər agentliyi məsələ ilə bağlı deputat V.Əhmədovun özündən münasibət öyrənə bilməyib. Amma aprelin 25-də parlament iclası zamanı deputat müsahibədə İntizam Komissiyasında bütün suallara cavab verməyə hazır olduğunu bildirib.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının mediyada yayılan fikirlərinə görə isə aprelin 25-də parlament üzvlərinin verdiyi həmin reaksiya söz azadlığına ziddir: “İstənilən şəxsin öz fikrini sərbəst şəkildə ifadə etməsi onun Konstitusion hüququdur”.
Hüquq müdafiəçisinin fikrincə, deputata qarşı belə kampaniya açıq-aydın göstərir ki, Azərbaycanda demokratiya, ifadə azadlığı məhdudlaşdırılıb: “Hakimiyyət tərəfindən bir daha təsdiq olunub ki, hətta deputatın belə öz fikrini sərbəst ifadə etmək hüququ məhdudlaşdırılıb və istər parlamentdə, istər mediada ona qarşı linç kampaniyasından istifadə olunur”,-Bəşir süleymanlı deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button