ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran peyvəndinin insan üzərindəki testinin ilk etapı başa çatıb

İran peyvəndi- “Kovo İran Bərəkət”in insan üzərindəki testinin ilk etapı başa çatıb.

Tehran Tibb Elmləri Universitetinin klinik təcrübə mərkəzinin müdiri  ilk İran peyvəndinin insan üzərində aparılan testinin ilk etapında daha altı nəfər peyvəndlənib.

Tehran Tibb Elmləri Universitetinin klinik təcrübə mərkəzinin müdiri  Hamed Hüseyni vurğulayıb ki, İranın koronavirusa qarşı peyvəndinin birinci etapının sonuncu könüllüsü də araşdırma mərhələsinə daxil olub.

“Bu mərhələdəki könüllülərin sayı əlli atı nəfər olub və 2020-ci ilin 29 dekabrından 2021-ci ilin altı fevralınadək ilk vaksinasiyanın bütün könüllüləri öz vaksinlərini vurdurublar”, Hüseyni əlavə edib.

Tehran Tibb Elmləri Universitetinin klinik təcrübə mərkəzinin müdirinin sözlərinə görə,  koronavirus vaksini ötən həftənin sonunadək əlli könüllüyə vurulub və altı könüllüyə peyvəndin vurulması ilə İran vaksininin bütün könüllülərinin ilk inyeksiyası praktik şəkildə başa çatıb.

“Cari həftənin sonunadək otuzuncu könüllü də özünün ikinci vaksinasiyasını həyata keçirəcək.”, -deyə o əlavə edib.

Tehran Tibb Elmləri Universitetinin klinik təcrübə mərkəzinin müdiri “İşin gedişatından razıyıq. Ümid edirik ki, araşdırlmaların nəticələri səhiyyə nazirliyinin nəzarətçiləri və ölkənin qida və dərman təşkilatı ekspertlərinin nöqteyi-nəzərincə də kifayət qədər qənaətbəxş olacaq.”, -deyə qeyd edib.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button