ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Gürcüstan quru sərhədlərini mərhələli şəkildə açacaq

“Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb, həmçinin ölkəyə giriş rejimini də sadələşdirib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava Birinci kanala müsahibəsində deyib.

Nazir bildirib ki, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ilkin mərhələdə görülən tədbirlər kifayət qədərdir:

“Növbəti mərhələ quru sərhədlər barədə düşünməkdir. Lakin bunu mərhələli şəkildə həyata keçirmək lazımdır. Çünki biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Əks halda, hər yeri açmaq olar, lakin yenə də turist cəlb edə bilmərik. Məhz buna görə biz ehtiyatlı davranırıq”.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button