ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran ordusunun baş komandanı İsraili təhdid etdi

İran İslam Respublikası Ordusunun Baş Komandanı, general-mayor Seyid Əbdülrəhim Musəvi sionist rejim rəsmilərinin bəyanatlarına toxunarkən deyib: “Siyasi ixtilafların güclənməsi və bir tərəfdən daxili legitimlik böhranının ortaya çıxması, digər tərəfdən isə regional etibarsızlıq hissinin yaranması ilə sionist rejim hakimiyyət orqanları boşboğazlığa əl atıb.”

Ordunun Baş Komandanı Netanyahunun İran İslam Respublikasına qarşı təhdidlərinə toxunaraq bildirib: Bu gün sionist rejim siyasi və təhlükəsizlik böhranı içərisindədir və ciddi daxili və xarici təzyiqlər altındadır. Bundan əlavə rejim məmurlarının fəsadları, korrupsiya və əxlaqi qalmaqalları və fələstinli müqavimət qrupların güclənməsi sionist rejimi üçün kritik vəziyyət yaradıb.

General-mayor Musəvi əlavə edib: Daxili ixtilaflar, vəhşət və təhlükəsizliyin olmaması indiki mərhələdə sionist rejimin başlıca xüsusiyyətləridir və bu amillər bu rejimin fələstinlilərə qarşı zorakılıqlarını və İran İslam Respublikasına qarşı vəhşətlə müşayiət olunan ritorikalarını artırıb.

İran İslam Respublikası Ordusununun Baş Komandanı işğal olunmuş ərazilərin sakinlərinə xəbərdarlıq edərək deyib: Bu gün sionist rejim beynəlxalq hüququn geniş şəkildə pozulması, fələstinlilərə qarşı cinayətlərin geniş vüsət almasına və ölkədə davam edən cinayətlərə görə dünyanın ictimai rəyi tərəfindən daha çox nifrətlə qarşılanır və bu fakt işğal olunmuş ərazilərin sakinlərində tamamilə etibarsızlıq hiss yaradır.

O, həmçinin bildirib: Sionist rejim rəhbərlərinin boş təhdidləri əsasən rəqib partiyanın ifratçılığından təsirlənir. Bu rejimin başçıları yaxşı bilirlər ki, hər hansı bir təcavüzkar addım atılarsa, İranın sarsıdıcı cavabı qarşısında qəti şəkildə dayana bilməyəcəklər!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button