ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran iş adamları Qarabağda aparılacaq quruculuq işlərində iştirakda maraqlıdırlar

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında videogörüş keçirilib.

 görüş İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin vasitəçiliyi, Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin sədrliyi ilə baş tutub.

M.Musayev Prezident İlham Əliyevin müdrik siyasəti və baş komandanlığı ilə aparılan 44 günlük Vətən müharibəsində ölkəmizin qələbə çaldığını, azad olunan torpaqlarımızda quruculuq işlərinə başlanıldığını bildirib. O, İran-Azərbaycan iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açıldığını qeyd edib.

Təbriz Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Yunus Jailə Azərbaycanı qələbə münasibətilə təbrik edərək Təbriz iş adamlarının biznes imkanları, Təbrizin sənaye kompleksləri barədə məlumat verib. Palatanın üzvləri kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı sahəsində emal sənayesi, Qarabağda aparılacaq quruculuq işlərində iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

İran-Azərbaycan Müştərək Ticarət Palatasının həmsədri Ramiz Rzayev hər iki ölkənin sahibkarları arasında əlaqələrin genişləndirilməsi, bazarların öyrənilməsi üçün dəstək verməyə hazır olduğunu bildirib.

İclasda qərara alınıb ki, Təbriz şirkətləri təkliflərini yazılı şəkildə ASK-a təqdim etsinlər və bu təkliflər müvafiq dövlət qurumları ilə müzakirə olunsun. Eyni zamanda, Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında əməkdaşlıq memorandumunun imzalanması və biznes forumun keçirilməsi üçün müvafiq hazırlıqlara başlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button