AktualAktualArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbil valisi: Ərdəbil şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdırlar

Ərdəbil valisi deyib: “Bu əyalətin böyük şirkətləri müasir texnologiyadan istifadə etməklə Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdırlar.”

Qafqaz Həqiqətləri “İRNA”-ya istinadla xəbər verir ki, Əkbər Behnamcu cümə axşamı dövlət və özəl sektorlara aid şirkətlərlə birgə keçirilən iclasda deyib: “Ərdəbil əyalətinin tikinti, yolsalma və şəhərsalma sahəsində yüksək bacarığa malik iri texniki və mühəndislik xidməti şirkətləri Qarabağda aparılacaq bərpa işlərində fəal iştirak edə bilərlər. Bu iştirakda əsas məqsəd İranın qonşu, dini və mədəni ortaqlıqlara sahib Azərbaycan ölkəsinə yaxşı xidmət təqdim etməsidir.”
Vali əlavə edib: “Ərdəbil əyalətinin texniki və mühəndislik xidməti, sənaye, kənd təsərrüfatı və turizm şirkətləri üçün bu yaxşı fürsətdir və bundan optimal faydalanmaq lazımdır.”
Behnamcu İran şirkətlərinin Qarabağın yenidən qurulmasında yetərli məlumata yiyələnmələrini də vurğulayaraq deyib: “Bu şirkətlər Qarabağın yenidən qurulmasında lazımi araşdırmalar etməlidirlər ki, Azərbaycan Respublikasında daha yaxşı xidməti göstərə bilsinlər.”
Ərdəbil valisi Qarabağda bərpa işlərində İran şirkətlərinin iştirakının rəqabət deyil, rəfaqət və dostluq xarakteri daşıdığın da diqqətə çatdırıb və bildirib ki, ortaq komissiyalar, peşəkar komitələr yaratmaqla Qarabağın yenidən qurulmasında boşluq və çatışmamazlıqları tanımaq lazımdır.
Qarabağın yenidən qurulmasında İran şirkətlərinin uğurlu layihələr icra etməsini İranın başıucalığı adlandıran Ə. Behnamcu deyib: “Azəri tərəfi elan edən kimi və layihələri təqdim etdikdən sonra Ərdəbil əyalətinin şirkətləri Qarabağın yenidən qurulması üçün ezam ediləcək.”
Vali Ərdəbilin şimalında sərhəd sənaye şəhərciyinin və sərhəd terminalının tikintisinin sürətlənməsini istəyərək deyib: “Lazım olan torpaqla təmin edildiyi surətdə İran yaxın gələcəkdə sərhəd sənaye şəhərciyini və sərhəd terminalını tikməyə hazırdır. İşlərin sürətlə irəli getməsi üçün azəri tərəfinin də bu işdə öz hazırlığını elan etməsi lazımdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button