ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran ilə Rusiya arasında helikopter satışı üzrə müqavilə imzalanıb

Rusiyanın İrana helikopter satışı ilə bağlı müqavilə imzalanıb.

Qafqaz.ir  xəbər verir ki, müqavilə İranın Qızıl Aypara Təşkilatı ilə Rusiyanın “Russian Helicopters” şirkəti arasında videoformatda imzalanıb. Müqaviləyə əsasən, şirkət 10 ay müddətində humanitar xarakterli işləri həyata keçirmək üçün İranın Qızıl Aypara Təşkilatına 1 ədəd helikopter satacaq.

Təşkilatın rəhbəri Kərim Himməti bildirib ki, alınacaq helikopter yalnız mülki məqsədlərlə istifadə olunacaq.

İranın Rusiyadakı səfiri Kazım Cəlali isə bildirib ki, bu müqavilə Rusiya ilə İran arasındakı əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Diplomat diqqətə çatdırıb ki, yaxın gələcəkdə Rusiya ilə İran arasında daha irihəcmli müqavilələrin imzalanması gözlənilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button