ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Azərbaycanla quru sərhədlərini açır

“İran oktyabrın 23-dən Azərbaycanla quru sərhədlərini açacaq”.

Bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib.

Onun sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.

Məlumata görə, İran oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq.

Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button