ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İrəli sürülən iddialar cəfəngiyyatdır

Yeni Sabah qəzeti yazır: Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün qonşu ölkəyə səfər etdi. Belə önəmli səfərdən sonra Azərbaycanla İran arasında əlaqələrə kölgə saxlamağa çalışan bəzi dairələr ortaya atılaraq xoşagəlməz müzakirələr açdılar. Məsələnin mahiyyətinə varınca, irəli sürülən iddiaların cəfəngiyyat olduğu və təxribat məqsədi daşıdığı aydın şəkildə görünür.Xüsusilə, xanım spikerin İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi ilə görüşü zamanı Azərbaycan bayrağının asılmamasını əlində bayraq edənlər, görünür, İran dövlətinin protokol  qaydalarından xəbərsizdir, ya da bilərəkdən ölkələr arasında diplomatik gərginlik yaratmağa çalışırlar.

İnauqurasiya mərasimində lentə alınan videogörüntüləri diqqətlə izlədikdə məlum olur ki, tədbir ərəfəsində keçirilən görüşlər zamanı yalnız İran dövlətinin bayrağı asılır. Təkcə Sahibə Qafarovanın keçirdiyi görüşdə deyil, digərlərində də bunu görmək olar.Eləcə də qonşu ölkədə səfərdə olarkən xanım qonaqların geyim forması məhz  İran tərəfinin protokol qaydalarına uyğun olaraq müəyyən edilir. Bu, artıq illərdir ki, ənənə halını alıb. Hətta xristian ölkələrindən İrana gələn xanım rəsmiləri belə İranın daxili qaydalarına xas formada geyimə üstünlük verirlər.

Yeni Sabah öz məqaləsinin davamında yazır: Bəs o zaman bu cür yerliz müzakirələr kimə lazımdır? Yaxud spikerin İrana önəmli səfəri hansı dairələri narahat edir?

Millət vəkili Asim Mollazadə bildirib ki, spiker Sahibə Qafarova səfər zamanı protokol qaydalarına uyğun davranıb və səfərlə bağlı qərəzli, səviyyəsiz və tənqidi sözlərin heç bir əsası yoxdur.

Deputat Arzu Nağıyev isə hesab edir ki, belə məsələlərin qabardılması heç bir məntiqə sığmır. Və spiker Sahibə Qafarovanın İran səfəri ilə bağlı verilən açıqlamalar Milli Məclisin üzvlərini nüfuzdan salmaq xarakteri daşıyır. Bunlar Sahibə Qafarovanın protokola uyğun geyim qaydaların nədən ibarət olduğunu bilməyən insanların mülahizələridir. Qərəzli şəkildə məlumatlar yaymaqla məşğul olan bir qrup mövcuddur.

Və nəhayət Milli Məclis üzvü Aydın Mirzəzadənin sözlərinə görə, spiker Sahibə Qafarovanın İrana səfərini uğurlu adlandırmaq olar: “Hər bir ölkənin xüsusi protokol qaydaları olur. Həmin ölkəyə səfər edən hər bir qonaq həmin protokola uyğun addım atmalıdır. İran tərəfində xüsusilə geyimlərə fikir verirlər. Sahibə Qafarovanın həmin geyimi İran İslam Respublikasının daxili qaydalarına olan hörmətdən irəli gəlir”- deyə azərbaycanlı millət vəkili bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button