ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İordaniya nümayəndəsi Məscidül-Əqsaya dəstək üçün cihad elan olunmasını tələb edib

Qafqaz Həqiqətləri xəbər verir ki, İordaniya parlamentinin üzvü Məscidül-Əqsanın azad edilməsi və işğal olunmuş Fələstinlə bütün sərhədlərin açılması üçün cihadın elan edilməsinə və bütün İslam ölkələrində könüllülərin cəlb edilməsinə çağırış edib.

Xəlil Atiyə, Şahab xəbər agentliyi ilə söhbətində bildirib ki, sionist cinayətkar düşmən ancaq güc və qüdrət dilini başa düşür. Bu rejimin cinayətləri və təcavüzləri ilə mütənasib olmayan hər hansı mövqe dəyərsiz olacaq.

Atiyə bildirib ki, sionist hərbçilərin Məscidül-Əqsaya hücumu və bu məsciddə fələstinli ibadət edənlər və zəvvarların vəhşicəsinə döyülməsi İslam dininə və İordaniyanın İslami müqəddəs Qüds yerləri üzərindəki suverenliyinə qarşı açıq-aşkar təcavüzdür.

Sözügedən İordaniya nümayəndəsi vurğulayıb ki, sionistlərin Məscidül-Əqsaya vəhşicəsinə hücumları cavabsız qalmamalıdır. Qınamaq kifayət deyil, əməli addım atılmalıdır.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button