ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İngilis nazir İran, Rusiya və Çini düşmən dövlətlər adlandırdı

Britaniyanın daxili təhlükəsizlik naziri Britaniya mətbuatına verdiyi müsahibədə İran, Rusiya, Çin və Şimali Koreya əleyhinə danışıb.

 

qafqaz.ir  Eastnews.org-a istinadən xəbər verir ki, o, İran və Rusiyanın kiberhücumların əsas səbəbkarları olduğunu iddia edib.

Böyük Britaniyanın Daxili Təhlükəsizlik və Sərhəd İşləri naziri Damien Hinds, kiber fəaliyyətlər və dezinformasiya kampaniyaları ilə bağlı narahatlıqlarını əsas gətirərək İran, Rusiya və Çini müharibə aparan ölkələr siyahısına salıb.

O, bununla bağlı iddia edib:

Sizə qeyd etdiyim üç ölkə geniş miqyasda yerləşdirilə bilən böyük kiber varlığın fiziki imkanlarına malikdir. Rusiya və İranın casusluq, kiberhücumlar, hərbi xəbərdarlıqlar və yalançı kəşfiyyat kampaniyaları baxımından müxtəlif yollara əl atırlar“.

Britaniyanın daxili işlər naziri Şimali Koreyanı da siyahıda dördüncü ölkə kimi qeyd edib.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti də dekabrın əvvəlində bildirib ki, Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun rusdilli təhdidlərlə bağlı təxribat xarakterli və əsassız açıqlamaları mümkün Moskva-London dialoqu ehtimalını azaldıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button