ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İnanclı fəal Səbuhi Səlimovun evində axtarış aparılıb

Bu ilin oktyabr ayının 20-də Dövlət Təhlükəsilik Xidməti tərəfindən saxlanılan ictimai fəal Səbuhi Səlimovun bu gün yaşadığı evində növbəti dəfə axtarış aparılıb. Bu barədə məlumatı onun həyat yoldaşı verib. Fatimə Səlimovanın billdirdiyinə görə günorta saatlarında təxminən altı nəfərdən ibarət DTX əməkdaşları axtarış üçün onların yaşadıqları mənzilə gəliblər. Hal şahidlərinin iştirakı ilə baş tutan axtarışda heç bir şey tapılmadığını söyləyən xanım, Səbuhinin saxlanıldığı gecə elə həmin orqan tərəfindən evində axtarışın aparıldığını bildirib. Birdən-birə iki aydan çox bir zamandan sonra DTX-nın bu ünvanda növbəti dəfə nəyi axtardığı ev sahibinə müəmmalıdır.
Xatırladaq ki, Səbuhi Səlimov oktyabrın 20-də DTX tərəfindən saxlanılıb və haqqında cinayət məcəlləsinin 274-cü maddəsi ilə (dövlətə xəyanət) cinayət işi açıldığı bildirilir. Açıq ürək əməliyyatı keçirərək damardəyişmə yaşayan S. Səlimov yüksək təzyiqdən əziyyət çəkir. Ailəsi bu səbəbdən onun səhhəti üçün ciddi həyəcan yaşayır. Hələ ev şəraitində çox tez-tez səhhətində yaranan problemlərin indi həbsxana həyatında S. Səlimovu həyatı əhəmiyyəti təhlükələri ailəsini narhat etməkdədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button