ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verib

İran Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətindədir.

Qafqazşir-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə deyib.

O iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişləri verib.

Seyid Abbas Musəvi bu gün axşam saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb və çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib.

Görüşdə Hüseyn Əmir-Abdullahian qonşularla, xüsusilə də müsəlman ölkələri ilə əlaqələrin vacibliyinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətini vurğulayıb və lazımi göstərişləri verib./APA

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button