ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

BMT TŞ Türkiyənin İraqın şimalına təcavüzü haqda iclas keçirəcək

Ankara son illər dəfələrlə Türkiyə Kürdüstan Fəhlə Partiyası- PKK-nın ünsürlərini yatırmaq bəhanəsilə İraq ərazisinə təcavüz edib.

Bu təcavüzlər İraq hökumətinin və digər dünya ölkələrinin kəskin reaksiyaları ilə üzləşib.

Təkcə Türkiyə ordusunun İraqın Dəhuk vilayətində yerləşən bir turizm mərkəzinə qarşı artilleriya hücumunda azı doqquz nəfər ölmüş, otuz bir nəfər də yaralanmışdı.

İraqın baş naziri Mustafa Əlkazimi bu hücumu pisləyib və vurğulayıbdır ki, bu ölkə Türkiyənin təcavüzlərinə cavab üzrə öz tam hüququnu qoruyub saxlayır.

İraq xarici işlər nazirliyinin sözçüsü Əhməd Əlsəhhaf dünən bu ölkənin rəsmi informasiya agentliyi ilə müsahibədə deyib ki, BMT Təhlükəsizlik Şurasına şikayət göndərən Bağdad, bu şuradan Türkiyənin İraqın şimalına təcavüzü məsələsini araşdırmaq üçün iclas keçirməsini istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button