AktualAktual

İlham Əliyevin İrana səfəri iki ölkə arasındakı əlaqələrlə bağlı əhəmiyyətli təsirə malik ola bilər və bu hər iki ölkənin xeyirinədir.

Bu gün Azərbaycan mətbuatında belə bir məsələ açıqlanır ki, guya Rusiya Krımdakıları Azərbaycanda təkrarlamaq istəyir. Biz bunu mümkünsüz hesab edirik, çünki qeyrətli Azərbaycan xalqı heç bir ölkəyə bunu etməyə icazə verməz. Bu məsəlini açıqlayan bəzi xüsusi məqsədlər güdən siyasətçilərdir. Bunu hamı bilsin ki, əgər belə bir hadisə baş versə İran yenə də Azərbaycanı ön cəbhədə müdafiə edəcək.

Seyid Həsən Amili bu həftəninin cümə namazında Azərbaycan Rspublikasının prezidenti İlham Əliyevin İrana səfərinə işarə edərək, deyib:

İlham Əliyevin İrana səfəri iki ölkə arasındakı əlaqələrlə bağlı əhəmiyyətli təsirə malik ola bilər və bu hər iki ölkənin xeyirinədir.
Ölkələr arasındakı əlaqələrin inkişaf etdirilməsinə İran hazırdır, bu barədə son qərarı Azərbaycan qəbul etməlidir.
İran həmişə Azərbaycanın xeyrini istəyib və bundan sonra da belə olacaq.
Həzrət Ayətullah Amili İranın Azərbaycana etdiyi xüsusi xidmətlər barəsində danışııb:
İran torpağından Bakı ilə Naxçıvan arasında rabitə üçün itifadə olunması, vizanı götürmək, gündəlik 3500 bütün ehtiyaclarını İran vasitəsilə təmin edən azərbaycanlını qəbul etmək və sanksiyalar şəraitində olmasına baxmayaraq onları öz süfrəsinə dəvət etməsi və Azərbaycanda tibbin olduqca zəif olduğu bir vaxtda azərbaycanlılara tibb xidmətlərinin göstərilməsi özü oxşarsız xidmətlərdəndir. Bunu da nəzərə alaq ki, azərbaycanlılar mülaicə üçün Türkiyə və Rusiyaya deyil, İrana gəlirlər.
Həmçinin İranın beynəlmiləl səviyyədə Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməsinə və Qarabağ döyüşləri zamanı xüsusi köməklərinə işarə etmək olar. Əlbəttə o dövrdəki Azərbaycan dövləti bu köməklərin müqabilində layiq olduğu kimi rəftar etmədi.
Azərbaycan rəsmilərinin İrana səfəri o zaman səmərəli olacaq ki, onlar İsraildən uzaqlaşsınlar, Azərbaycan daxilində İranla düşmənçilik cərəyanının rəhbərlərinə şərait yaratmasınlar, dini dəyərlərin müdafiəsinə görə həbs olmuş dini və elmi şəxsiyyətləri azadlığa buraxsınlar.
Seyid Həsən Amili söhbətinin sonunda belə əlavə edib: Biz hər halda bu səfəri xoş qarşılayır və müsəlman ölkələrinin bir-birlərinə yaxınlaşmasıını dünya müstəkbirlərinin və beynəlmiləl sionizmin əleyhinə görürük.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button