ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbiri seçildi

Reportyor barəsində açılan cinayət işini qəbul etmir, həbsini fəaliyyəti ilə əlaqələndirir
“AbzasMedia”nın əməkdaşı Nərgiz Absalamova barəsində Xətai Rayon Məhkəməsinin qərarıyla 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı ilə eyni, qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.
Reportyor barəsində açılan cinayət işini qəbul etmir, həbsini fəaliyyəti ilə əlaqələndirir.
Nərgiz Absalamova daha öncə “AbzasMedia” rəhbərlərinə açılan cinayət işində şahid qismində dindirilib.
O, noyabrın 30-da ikinci dəfə ifadə verməyə dəvət edilib və sonra buraxılmayıb.
“AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-də, baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də saxlanılıb.
Həmçinin onların hər ikisinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Saytın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb. İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib. İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub. Noyabrın 23-də Xətai Rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.
Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button