ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İƏT Hindistanda Məhəmməd peyğəmbərin (s) təhqir edilməsini pisləyib

İslam Əməkdaşlıq Təşkilatından verilən yazılı açıqlamada, BJP sözçüsü Nupur Şarma və New Delhi Media prezidenti Naveen Kumar Cindal təhqiramiz ifadələrə reaksiya verib.

“Bu hərəkətlər Hindistanda İslama qarşı artan nifrət və alçaldılmanın, eləcə də müsəlmanlara qarşı sistematik ayrı-seçkilik və təzyiqlərin nəticəsidir”, – deyə bəyanatda bildirilir.

“Hindistanın bəzi bölgələrində təhsil müəssisələrində hicab taxmağın qadağan edildiyi və müsəlmanlara məxsus binaların söküldüyü” xatırladılan bəyanatda bu əməllərin zorakılığa təkan verdiyi bildirilib.

İslam Əməkdaşlıq Təşkilatı Hindistan hakimiyyətini bu hadisəyə və Peyğəmbərə (s) qarşı hər cür təhqirlərə qətiyyətlə qarşı çıxmağa, müsəlmanlara qarşı nifrət cinayətləri törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button