ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hüquq müdafiəçiləri tərəfindən

Ambudsmanın hesabatı sərt tənqid edilib

Əliyeva ötən il ombudsmanın ünvanına 29 min 411 müraciətin gəldiyini bildirib və həmin müraciətlərlə bağlı görülən işlər və çıxarılan nəticələr barədə hesabat verib.
Bu hesabatı şərh edən hüquq müdafiəçiləri onu tənqid ediblər. Əsasən ona görə ki, hesabatda vətəndaşların siyasi hüquqlarının pozulması, o cümlədən toplaşmaq, birləşmək, media, seçki hüquqları, habelə jurnalistlərin həbsi və ümumiyyətlə, siyasi məhbusların problemlərilə bağlı faktlar yoxdur. 
Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Turan-a deyib ki, ombudsman Azərbaycanda siyasi məhbus olmadığını bildirir.
“Azərbaycan sovet üsulu ilə idarə olunur. Hakimiyyət, Milli Məclis ölkədə siyasi məhbusların olmadığını bildirir. Bunlar bir komandanın üzvləridir, belə deməlidirlər, bunu başa düşürəm. Amma ombudsman, yəni ölkənin bir nömrəli hüquq müdsafiəçisinin belə söz deməsi heç cür qəbul edilən deyil”, – o qeyd edib.
 “İndi ombudsmanın ölkədə gedən proseslərdən xəbəri yoxdur? Azərbaycanda olan siyasi məhbusları ölkədəki müstəqil hüquq müdafiəçiləri görür, Avropa Şurası, Avropa Parlamenti, ABŞ Dövlət Departamenti görür, amma ölkənin bir nömrəli hüquq müdafiəçisi görmür?” -o sual edib.
Hüquq müdafiəçisi həbsdə olan dindarların hüquqlarının müdafiəsinə gəlincə deyib ki, bu günlərdə siyasi məhbusların yeni siyahısını açılayacaqlar.
“Yenilənmiş siyahıda dindarların sayı yenə də artıb. Onlar narkotik ittihamı ilə həbs edilir, İrana casusluqda günahlandırılırlar”, o qeyd edib. 
Həsənovun dediyinə görə, istər siyasi məhbuslar, isər digər məhbuslar işgəncələrə məruz qalır.
“Bunları bütün ölkə bilir, amma ombudsman bilmir?” – o qeyd edib.
 “Müdafiə Xətti” hüquq- müdafiə təşkialtının icraçı direktoru Rüfət Səfərov Turan-a bildirib ki, ölkədəki siyasi sistemin mahiyyəti ombudsmanın müstəqil fəaliyyətinə imkan vermir.
“Xüsusilə də son bir ildə respublikada repressiv tədbirlər, siyasi ağırlığa malik olan inzibati cinayət təqibləri və bunun yanında pis rəftarlar, işgəncə halları öz apegeyinə çatıb. Çox təəssüf ki, zaman-zaman ombudsman aparatından qeyd olunan xüsusatlara dair adekvat reaksiyaları görməmişik. Hesbatın mətnində də bu kimi məsələlər xüsusi ağırlığa malik deyil”, – o qeyd edib.
Səfərov hesab edir ki, Azərbaycanda sərt avtoritar idarəetmə mövcuddur.   
“Belə bir şəraitdə ombudsman aparatı, həmçinin xanım Səbinə Əliyeva tam sərbəst surətdə ortaya fəaliyyət qoya bilməz”, – o belə deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button