ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Fransa ilə Ermənistan arasında Uzunmüddətli hərbi əməkdaşlıqların anonsu verildi

Səfir son 2-3 həftə ərzində Ermənistan və Fransa rəsmiləri arasında baş tutan görüşlərə diqqət çəkib:

“Təbii ki, Sebastyan Lekornunun Ermənistana səfəri də əlamətdar olub. Bu, Fransa müdafiə nazirinin, eləcə də NATO üzvü olan ölkənin müdafiə rəhbərinin ilk səfəri idi, bu, çox əlamətdardır”,- Olivye Dekottini deyib.

Fransa ilə Ermənistan arasında əlaqələrin 32 yaşı olduğunu xatırladan səfir sözlərinə belə davam edib: “Əlaqələrimiz heç vaxt bu qədər tam və etibarlı olmamışdı. Bəli, biz uzunmüddətli əməkdaşlıq qururuq, o cümlədən müdafiə sahəsində. Söhbət təkcə hərbi təchizatdan getmir, əlbəttə ki, bu da vacibdir. Burada söhbət həm təlim, həm də yüksək rütbəli erməni zabitlərin hazırlanması, eləcə də məsləhətləşmədən gedir.

Səfir uzunmüddətli əməkdaşlıq dedikdə nəyi nəzərdə tutduğunu da şərh edib: “Ölkələrin hərbi akademiyası arasında – məsələn, Fransanın müdafiə nazirinin səfəri zamanı imzalanan sənədlər kimi – imzalanmış razılaşma olanda, əlbəttə ki, siz uzunmüddətli əməkdaşlıq qurursunuz”, – Fransanın İrəvandakı səfiri deyib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button