ArxivXəbər lentiXəbərlər

Həya odur ki…

Həya odur ki, hətta doğmalarının yanında açıq-saçıq geyinməyəsən…
Ayaqqabılarımızın səsi küçənin başından eşidilməsin. Bər-bəzəklərimiz evimizdə məhrəmlərimiz üçün olsun…
Hicab və örtülmək – bütün dinlərin göstərişlərindəndir. İnsanın fitrətində kökləri vardır. Bəs hicabla yanaşı, daha bir mühüm bir şey vardırmı?
Bəzi sözlər vardır ki, özləri öz mənalarını çatdıra bilirlər. Həya da bu sözlərdən biridir. Həya elə bir fəzilətli sifətdir ki, ancaq insanlara aid edilir. Heç bir heyvanda bu sifət görülməmişdir.
İmam Sadiq (ə) buyurur: “Nəzər sal o sifətə də – Allah onu insanlara aid etmişdir və heyvanlar ondan bəhrəsizdirlər. Bu böyük, dəyərli və əzəmətli sifət – həya və xəcalətdir.” (Tebyan)
Quranda Şuəybin (ə) qızları həyanın nümunəsi kimi göstərilmişdir:
“O iki qadından biri – yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır.” (“Qəsəs” 25).
Həyanın bir çox növləri vardır. Ancaq o zaman ki, hicaba adi edilir – həm insanın özü ilə rabitədə olur, həm də ətrafında olanlarla.
Həya odur ki, hətta məhrəmlərinin(doğmalarının) yanında açıq-saçıq geyinməyəsən. Həya odur ki, ətrafında olan naməhrəmlərə haram nəzərlər salmayasan. Həya odur ki, cəmiyyət içində olan zaman danışığına və oturub-duruşuna diqqət edəsən. Quran buyurur:
“Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən)camaat arasına çıxmayın.” (“Əhzab” 33).
Əgər bu gün həyaya diqqət etməli olsaq, deyə bilərik ki, geyinilən hicablar gərək diqqəti cəlb edən və parlaq olmasın. Yəni, bizim hicabımıza baxan insanın gözünü qamaşdırmasın. Ayaqqabılarımızın səsi küçənin başından eşidilməsin.
Bər-bəzəklərimiz evimizdə məhrəmlərimiz üçün olsun. Çünki cəmiyyət içinə bəzənmiş halda çıxmaq – hicaba ləkə sürər və həyanı aradan aparar. Əgər həya olmazsa, hicab da olmaz. Hicabı dəyərli edən şey – həyadır

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button