ArxivXəbər lentiXəbərlər

Rusiya Bakıya bu raketi satmaqdan imtina edib?

Rəsmi olaraq bildiririk ki, adı çəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə edilməsi kimi niyyətimiz də olmayıb.
Bu sözləri Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, eyni zamanda Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir.
Qeyd edək ki, son günlər “Kommersant” qəzeti “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə məlumatlar yayılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button