ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həqiqi diktator (1-ci hissə)

Müasir dövrdə hələ də dünyanın gündəmində olan və təəssüf ki, Azərbaycanın da siyasi həyatında tez-tez rastlaşdığımız söz- DİKTATURA. Latın mənşəli olan bu söz bir çox yaxınmənalı fikirləri özündə ehtiva edib, bir şəxsin öz fikirlərini məcburi diktə etməsi mənasını daşıyır. Sözün siyasi mənası bir az genişdir. Belə ki, siyasi səhnədə diktator təkcə öz fikiri ilə yekunlaşmayan, digər fikir sahiblərini də təzyiq və hədə altında saxlayaraq onları öldürməyə belə qalxan rəhbər şəxsə ünvanlanan addır. Əlavə olaraq mətbuatın məhdudlaşdırılması, qanunlara öz marağına görə düzəliş və sairlər də diktaturaya daxildir. Buna görə də hakimiyyətlər və liderlər dünya dövlətləri üçün diktator və demokrat təfəkkürü ilə əsasən iki müxtəlif qrupa ayrılmaqla dəyərləndirilir. Lakin diktator kimi təqdim olunan dünya dövlətlərinin hamısını diktator və ya demokrat simasında təqdim olunanlar həqiqətdə demokratlardırmı?

Rejimləri qiymətləndirərkən buna dünya üçün qəbul olunan prinsiplər rəhbər tutulur. Yəni praktiki əsaslarla qəbul olunan qanunlar zamanla təkmilləşərək bu gün qəbul olunmuş insan haqları haqda konvensiya, uşaq hüquqları, təbii haqlar, media, ailə və sair hüquqları dünyaya təqdim edir. Məhz bu qanunların icrasında öndə gedən ölkələr daha demokratik, əksini göstərən dövlətlər isə diktatura rejimləri hesab olunur. Fransa, Amerika, Almaniya və sair dövlətlər demokratik göstəriciləri olan ölkələr sırasında öncüllər sayıldığı kimi bir çox digər dövlətlər qeyri-demokrat, yəni diktatura rejimləri hesab olunur. İşin incəliyi də bundadır. Adı gedən demokratiya qanunlarının bu gün demokratlar üçün hansı statusu təşkil etdiyini bir az incələməyə ehtiyac duyulur.
ABŞ da daxil olmaqla Qərbin demokratiyası həqiqətdə təzadlıdır. Dünya üçün demokratiya anlayışını təmsil edən bu ölkələrin dünyanı cəhənnəmə çevirən savaşları, I və II Dünya müharibələri, atom bombaları və bu gün sağına-soluna terrorçular ixrac edərək müxtəlif ölkələrin ərazilərini istila məqsədi ilə ələ keçirməsi bu demokratiyanın aydın simasıdır. Nə edək ki, hələ də dünyanın güc və demokratiya instutları bu ölkələrin ərazisindədir. Öz tələblərini diktə edən ölkələrin diktatura axtarışları isə həqiqətən də gülüncdür. Bir müddət öncə Suriyada yenidən seçkilər keçirildi. Dağılmış Suriya fonunda öz müqəddəratını bu dəfə elə haqlı olaraq da Bəşər Əsəddə görən xalq yenə də demokratları qane etməyən tərəfdədir. Elə hey diktator və diktatura çağırışı ilə çıxış edən güclərin simasında demokratiyanın bir adı var: mənim istədiyim hakimiyyət. Bir neçə il öncə Misirdə hakimiyyətə gələn Müsəlman Qardaşlarının devrilməsi buna nümunə idi. Yüz ildən artıq bir zaman Misir xalqı ilə birlikdə olan və seçkilərdə tam qələbəni əldə edən Müsəlman Qardaşlarını bəyənməyən ABŞ hamının gözü önündə hakmiyyəti elə rahatca da devirərək bunu özünün arzuladığı rəhbərliyə təhvil verir. Həm də adını demokratiya qoymaqla. Başa düşülməyən hansının demokrat, hansının diktator rejimi olmasıdır.
Sadə təhlillər bunu söyləməyə əsas verir ki, əvvəldən planlı formada cəmlənilmiş insan haqları təşkilatlarının və insitutlarının yerləşdiyi bu ölkələr həqiqi demokratiya meyarını da elə özləri müəyyən edirlər. Onların standartına cavab verən ölkələr demokratik, zidd olan ölkələr isə diktaturadır. Elə bil Quantanamonu diktatura dedikləri ölkələr yaradaraq insanları vəhşi işgəncələrə məruz qoyub, ABŞ yox. Bu səbəbdən də digər ölkələrə müdaxilələr genişlənir ki, bunun arxasında gizlənən incə bir məqam dünya insanından gizlədilir. Demokratik insitutların fəaliyyəti də əsas tərəfi kölgədə qoymaq üçün dünyanı bir rəngə salmağa çalışaraq bu məntiqin üzə çıxmasını hər vəchlə ənglləyir. Bu nədir? Dünyanın fikirlərini, düşüncələrini irəli sürmək kimi addımlarını qadağan etdiyi, həqiqətdə ideyasından qorxduğu şey nədir? Demokratiyanı qabartmaqla kölgədə saxlanılan həqiqət nədir?

Müsəlman Birliyi Hərəkatı Təhlil və Araşdırma Mərkəzi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button