ArxivIslamXəbər lentiXəbərlər

Həccə gedənlərə elektron viza veriləcək

Yaxın gələcəkdə Səudiyyə Ərəbistanının Həcc məsələləri üzrə Nazirliyi xarici zəvvarlara elektron vizaların verilişinə başlayacaq. Viza üçün ərizəni internetlə təqdim etmək mümkün olacaq.
 prosedur cəmi bir neçə dəqiqə vaxt aparacaq.
“Hazırda xarici zəvvarlar Həcc ziyarətində iştirak etmək üçün öz vətənlərində fəaliyyət göstərən vasitəçi şirkətlərə üz tutur. Ancaq bundan sonra onlar kvotalar əsasında elektron vizalar ala biləcəklər”, – deyə viza verilişinin rəqəmsallaşdırılması üzrə əlaqələndirici Əbdül-Rəhman Şəms bildirib.
Qeyd edək ki, Müqəddəs Həcc ziyarəti 9-14 avqust tarixlərində olacaq. Əksər ölkələrdə zəvvarların sənədlərinin rəsmiləşdirilməsi ilə bağlı proseslər yekunlaşıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button