ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Məlik Xalid” hava bazası PUA hücumuna məruz qalıb

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi səud rejiminin təcavüzlərinə və Yəmənin mühasirəsinə cavab olaraq, “Xəmis Məşit” bölgəsində yerləşən bu bazanın iki ədəd “Qasif-K-2” PUA-sı ilə hədəfə alındığını bildirib.
2015-ci ilin mart ayından bəri Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya Yəmənin istefa vermiş prezidenti “Əbd Rəbbə Mənsur Hadi”ni hakimiyyətə qaytarmaq üçün yoxsul Yəmən ölkəsinə hava, quru və dənizdən ağır zərbələr endirib.
Bu hücumlar Yəmənin infrastrukturlarının məhv olmasına və bu ölkədə yoxsulluğun, işsizliyin və yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Hücumlar başlandığı gündən bəri on minlərlə yəmənli mülki şəhid olub və ya yaralanıb.
BMT mütəxəssisləri Yəməni dünyanın ən böyük humanitar böhranının səhnəsi kimi xarakterizə edirlər. Hazırda Yəmən əhalisinin 75 faizdən çoxu humanitar yardım və dəstəyə ehtiyaclıdır. Bunların arasında milyonlarla insan aclıq yaşayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button