ArxivXəbər lentiXəbərlər

Gürcüstanda “Müsəlman Qadınlar İcması” yaradılıb

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) nəzdində “Müsəlman Qadınlar İcması” yaradılıb.

BGMİ-nin sədri Hacı Ramin İgidovun SalamNews-a verdiyi məlumata görə, faliyyətində Gürcüstan dövlətinin qanunvericiliyini və Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nizamnaməsini rəhbər tutan “Müsəlman Qadınlar İcması” BGMİ-nin rəyini nəzərə alaraq ölkədə fəaliyyət göstərən müxtəlif humanitar, mədəni, ictimai, dini qadınlara aid təşkilatlar ilə İdarərin arasında işgüzar əlaqələrin qurulmasını təmin edir və birgə tədbirlər hazırlayıb həyata keçirir.

Onun sözlərinə görə, eyni zamanda ölkədə ailə mövzusunda və zərif cinslə bağlı qarşıya çıxan məsələlərin dini, tərbiyəvi aspekdən yanaşaraq həllinə çalışmaq icmanın əsas amallarındandır.

Daxili üç səhifəlik əsasnamə əsasında 15 nəfərlik dini savadı olan xanımlardan ibarət icmaya fəaliyyətlərində uğurlar diləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button