ArxivXəbər lentiXəbərlər

İran səfirliyi İslam İnqilabının 36-cı il dönümünü qeyd etdi

Qafqaz mədəniyyət mərkəzi-in məlumatına görə, bu gün İranın Azərbaycandakı Səfirliyi İran İslam İnqilabının 36-cı ildönümü münasibətilə “Kempinsk” otelində böyük tədbir keçirib. Tədbiri giriş sözü ilə açan İran səfiri Möhsün Pak Ayin hamını dəvəti qəbul edib gəldiyi üçün təbrik edərək bildirdi ki, bu gün İslam inqilabının şanlı qələbəsinin 36-cı ilidir: “Bir çox Qərb mütəfəkkirlərin də etiraf etdiyi kimi bu inqilab müasir dövrün ən böyük xalq inqilabıdır. Bu inqilab İran xalqının illər uzunu apardığı mübarizənin bəhrəsidir.”
Daha sonra çıxış edən Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev də bu gün münasibətilə səfirin timsalında bütün İran xalqını təbrik etdi.
Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Fəttah Heydərov, Fazil Qəzənfəroğlu, Çingiz Qənizadə, Eldar İbrahimov, QMİ sədri Allahşükür Paşazadə, DQİDK sədri Mübariz Qurbanlı və digər tanınmış ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak edirdilər.
 
 
 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button