ArxivXəbər lentiXəbərlər

Gürcüstanda kütləvi qızılca təhlükəsi

Gürcüstanda 500 minə yaxın vətəndaş qızılca xəstəliyinə yoluxa bilər.

AZƏRTAC xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze söyləyib.

Onun sözlərinə görə, ölkədə 20-40 yaş arasında olan əhalinin 10 faizdən çoxu bu xəstəliyə qarşı peyvənd olunmayıb. Qızılcaya da bu yaş qrupundan olan insanlar daha tez yoluxurlar.

O deyib: “Hazırda ölkədə qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. 2018-ci ilin ilk yarısında 1300 nəfər qızılcaya yoluxub və onlardan ikisi dünyasını dəyişib”.

Onun sözlərinə görə, yeganə xilas yolu insanların qızılcaya qarşı təcili peyvənd olunmasıdır.

Məlumat üçün qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə Avropada qızılca xəstəliyinə yoluxma halları rekord səviyyəyə yüksəlib. Təkcə 2018-ci ilin birinci yarısında Avropada 41 min nəfər bu xəstəliyə yoluxub və onların da 37-si dünyasını dəyişib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button