ArxivXəbər lentiXəbərlər

”Türkiyənin fındıq ixraacatı Azərbaycanın qeyri-neft sektorunun ixraacatından çoxdur”

”İqtisadi diversifikasiyanın olmaması postneft dövrünün ən böyük qayğılarından sayılacaq”

2017-ci ildə dünyada fındığın qiyməti aşağı səviyyəli olsa da, Türkiyə bu məhsulun ixraacatından 1,73 mlrd. dollar əldə edib ki, bu da Azərbaycanın ötən il ümumi qeyri-neft sektorunun ixraacatından (1.538 mlrd. dollar) çox olub.

Bu barədə iqtisadçı Məhəmməd Talıblı yazıb.

İqtisadçı qeyd edib ki, Azərbaycanın rəsmi hesabatlarında qeyri-neft ixraacının artım dinamikasını ifadə edən yaxşı “piroqlar” tərtib edilib və burada ümidverici mesajlarla zəngin olması haqqında optimist qeydlər yer alır.

“Düşünə bilərsiniz ki, neft sektorunda ciddi artım templəri qeydə alınıb. Qeyri-neft ixraacatında ilk üçlüyə daxil olanı fındıqdır. Azərbaycanın qeyri-neft ixraacatında pomidor və qızıldan sonra 3-cü yerdə fındıq ixracatı dayanır”.

O qeyd edib ki, ölkəmiz əsasən fındığın 3\4-ü İtaliya və Rusiyaya ixrac edir. İqtisadçının sözlərinə görə, 2017-ci ildə Azərbaycan fındıq ixraacatından 115 mln. dollar əldə edib.

“Türkiyənin isə ixraacatında da öncül yerdə duran fındıqçılıq əsasən Qaradəniz bölgəsində inkişaf edib. Toplam olaraq 400 min ailəni əhatə etməklə 706 min hektar ərazidə yetişdirilir. Müqayisə üçün deyim ki, Türkiyənin illik olaraq 278 min ton fındıq ixraacatı dünya fındıq ixraacatının 75%-i və fındıq istehsalının isə 70%-i təşkil edir. Fındığın dünya bazarında qiyməti yüksək olan illərdə (2014-2015) qardaş ölkə onun 1 kq 13 dollardan satırdı. Həmin illər Türkiyə fındıq ixraacatından ildə 2,8 mlrd. dollar qazanırdı. Sonradan qiymətlər təxminən 2 dəfə – 6,3 dollara qədər aşağı düşdü”.

İqtisadçı bildirir ki, 2015-ci ildə Türkiyənin fındıq ixraacatı həmin il üçün Azərbaycanın bütövlükdə qeyri-neft ixraacatından 1,9 və ya yuvarlaq olaraq 2 dəfə çox olub.

“2017-ci ilin göstəricilərindən çıxış etsək, Türkiyənin fındıq ixraacatı Azərbaycanın fındıq ixraacatından 15 dəfə çox olub. Dar ixtisaslaşma və iqtisadi diversifikasiyanın olmaması postneft dövrünün ən böyük qayğılarından sayılacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button