ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Gürcüstanda cinsi azlıqların yürüşünə görə saxlanılanlar var

Gürcüstanda cinsi azlıqların yürüşünə görə saxlanılanlar olub.

Ölkənin Daxili İşlər Nazirliyi Mtatsmindada “Tbilisi Pride” qarşı çıxanların aksiyasında 26 nəfəri saxladığını açıqlayıb.

Bu barədə Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 26 nəfərin hamısı İnzibati Xətalar Məcəlləsinin 166-cı (xırda xuliqanlıq) və 173-cü (polisə müqavimət) maddələri ilə inzibati qaydada saxlanılıb.

Mövcud məlumata görə, həbs olunanlar arasında “Alt-infonun” liderləri – Zurab Maxaradze və İrakli Martinenko, həmçinin ata və oğul – Quram və Aleksandre Falavandişvili də var.

Qeyd edək ki, “Tbilisi Pride” hər il cinsi azlıqlara dəstək olaraq yürüş keçirsə də, Gürcüstanın Kilsəsi başda olmaqla bəzi milli qurumlar buna müdaxilə edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button