ArxivIslamXəbər lentiXəbərlər

General Süleymanidən İsrailə sərt mesaj

 İran İslam İnqilabının Keşikçilər Korpusu – SEPAH-ın “Qüds” elit briqadasının komandiri General Qasim Süleymani İsrail rejiminin Suriya və Livana qarşı həyata keçirdiyi hava zərbələrinə münasibət bildirib.

Süleymani tvitterdən yazdığı açıqlamada “Bu ağılsız hücumlar, şübhəsiz İsrail rejiminin son çırpınışları olacaqdır”, -deyə qeyd edib.

Qeyd edək ki, İsrail qırıcıları Suriyaya hava hücumu həyata keçirməklə yanaşı Livana PUA-lar göndərməklə Livanın hava sahəsini pozmuşdu. Hizbullah lideri isə buna görə, İsrail beynəlxalq qaydaları pozduğunu və cavaba hazır olmaları üçün xəbərdarlıq etmişdi.

Livan prezidenti Mişel Aud da Beyrutun cənubuna düşən İsrailə aid pilotsuz aparatların ölkəsinin suverenliyinə qarşı açıq bir hücum olduğunu bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button