Aktual

Etibar Hüseynov Şeyxi və deputatları biabır etdi

“Şeyximizin iftar süfrəsinə dəvət olunanların əksəriyyəti ilboyu yetim malı yeyən, orucluqda pivə vuranlar olur”
 Milli Məclisin deputatı Etibar Hüseynov bəzi deputatları tənqid atəşinə tutub.

Deputat bəzi həmkarlarının Allahşükür Paşazadənin iftar süfrəsinə dəvət edilməsinə hiddətlənib.

Etibar Hüseynov “Facebook” səhifəsində bunları yazıb: “Milli Məclisdə namaz qılıb, oruc tutan 5-6 deputat var. Amma fikir vermişəm ki, Şeyximizin iftar süfrəsinə dəvət olunanların əksəriyyəti ilboyu yetim malı yeyən, orucluqda pivə vuranlar olur. Bu siyahını kim tərtib eləyir bilmirəm. Amma təəssüflər olsun ki, burada da imanlılar deyil, imkanlılar qabağa verilir. Allah qəbul eyləsin”.(DayPress)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button