ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ermənistanın Baş Prokurorluğu qarşısında toqquşmalar olub, xəsarət alan var

Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistan Baş Prokurorluğunun binası qarşısında polis əməkdaşları ilə etiraz aksiyasının iştirakçıları arasında toqquşmalar olub.

Qeyd edilir ki, etirazçılar binaya yumurtalar atıb. Bundan sonra polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.

TASS agentliyi isə bildirib ki, aksiyaçılar polisə butılkalar atıb.

Məlumata görə, hazırda prokurorluğun binası qarşısında gərgin vəziyyət hökm sürür. Aksiya iştirakçıları Sünik vilayətinin icma liderlərinin azad olunmasını tələb edirlər.

Etirazçılar bildirirlər ki, icma liderləri qanunsuz saxlanılıb. Toqquşma zamanı polis əməkdaşlarından biri xəsarət alıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button