ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan və İranın Dövlət Sərhəd Xidmətinin yüksək rəsmiləri Xudafərində görüşüblər (FOTO)

İran və Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəis müavinlərinin iştirakı ilə Xidafərində görüş keçirilib.

Qafqaz.ir xəbər verir ki, İran və Azərbaycan Dövlət Sərhəd Xidmətinin yüksək rəsmilərinin iştirakı ilə Xudafərin və Qız qalası su elektrik stansiyaları ilə bağlı görüş keçirilib.

Məlumata görə Azərbaycan tərəfini Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov, İran tərəfini isə bu ölkənin Dövlət Sərhəd Xidmətinin rəis müavini Calal Setare təmsil edib.

İran KİV-lərinin məlumatına görə bu görüşdə iki su elektrik stansiyasının şimal hissəsinin təhlükəsizliyi 17 ildən sonra rəsmi şəkildə Azərbaycan tərəfə təhvil verilib.

İranın Sərhəd Xidmətinin rəis müavini Calal Setarenin sözlərinə görə, “Qız qalası və Xudafərin su barajlarının şimal hissəsi işğalda olan zaman, İran və Azərbaycan rəsmilərinin gördüyü tədbirlərə əsasən barajların hər iki tərəfinin təhlükəsizliyi İrana həvalə edilmişdi. Lakin bu gün Azərbaycan Respublikasının burada hakimiyyətini bərpa etdiyinə görə, barajların şimal hissəsinin təhlükəsizliyi rəsmi şəkildə Azərbaycana həvalə edilir.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button