ArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Ermənistanla müştərək sərhəddə gərginliyin kökləri – Təhlil

Qafqaz Həqiqətləri – Azərbaycan Respublikasının İrandan ticarət malları daşıyan yük maşınlarının Ermənistanın şimal sərhədinə keçidi üçün maneə törətməsi və İran vətəndaşı olan bir neçə sürücünü həbs etməsi kimi təxribatçı hərəkəti, şübhə təbəqələri altında gizlənmiş aysberqin ucunu və qabaqdan hazırlanmış planları üzə çıxardı.

Azərbaycan Respublikasının və onun strateji müttəfiqi Türkiyənin Ermənistan ərazisinin dar bir zolağını ələ keçirmək kimi elə də gizli olmayan niyyətlərinin ortaya çıxması ilə İranla şimal qonşusu arasında gərginlik artdı.

İki ölkənin bəzi rəsmiləri və səlahiyyətliləri tərəfindən sərt sözlər deyildi və eyni zamanda Ermənistanla ortaq sərhəddə manevr keçirildi ki, özü böyük İrandandan ayrılmış şimal qonşuya xəbərdarlıqla yanaşı, İranın heç bir sərhəd dəyişikliyini qəbul etməyəcəyini və sərhədlərində hər hansı strateji səhvə qarşı çıxacağını göstərsin.

Türkiyənin İranın şimal torpaqlarına göz dikməsi və pantürkizm ideyasının gerçəkləşdirmək ardınca olmasının köklərini Rzaşahın baş nazir olduğu dövrdə Ararat strateji bölgəsini Türkiyəyə bağışlamasında axtarmaq lazımdır. Başqa sözlə, Atatürk İran şahına dostluq əli uzadarkən Azərbaycan Respublikası ərazisinə quru yol tapmaq fikri ilə İran hökumətinin kürəyinə xəncər sapladı ki, özündən sonrakı hökumətlərin (Ərdoğan hökumətinin yeni-osmançılıq yanaşması) vasitəsilə onun gerçəkləşməsinə zəmin yaransın.

Beləliklə, İranın o dövrkü hakimiyyəti və başçılarının uzaqgörənliyinin olmaması bugün Türkiyənin Azərbaycan Respublikası ərazisinə strateji dəhliz aça bilməsinə şərait yaradıb və bəziləri İranın Avropaya quru yolla çıxışına mane olmaq, İranın Avropa ilə əlaqəsində Türkiyə yolundan daha çox asılı olmasına cəhd edirlər.

Bu məsələnin tarixi kökləri ilə yanaşı, Moskva Sülh Razılaşmasının maddələrində də İran və Azərbaycan Respbulikası dövlətləri münasibətlərinin böhranlı vəziyyətə gəlməsi konteksti mövcuddur. Bu Razılaşma Qarabağa sahiblik uğrunda ötən il Azərbaycan Respublikası və Ermənistan arasında yaranmış ixtilafın ardınca Rusiya və Türkiyənin iştirakı ilə sözügedən ölkələr arasında imzalandı. Həmin müqavilə Cənubi Qafqazda balansın Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu. Bu hadisədə Rusiya və Türkiyənin də mövqeyi möhkəmləndi, ancaq bizim ölkəmizin diplomatik aparatının Cənubi Qafqaz məsələlərinə zəif baxışı üzündən İran bu oyunda uduzanlar sırasında qaldı.

Yeni yaranmış vəziyyətə əsasən, Azərbaycan dövləti İrandan Ermənistana ənənəvi quru tranzit yolu olan Nurduzdan İrəvana gedən bu yolun 21 kilometrlik bir hissəsini nəzarətə götürə bildi. İndi Azərbaycan hökuməti yeni suverenliyi həyata keçirərkən İran yük maşınlarının Qarabağ girməsinin qarşısını almaq niyyətindədir.

Bakı iddia edir ki, İran və Ermənistanın hazırkı  sərhədində yerləşən Zəngəzur 101 il bundan əvvəl yeni yaranmış Azərbaycan Respublikasından alınaraq sabiq SSRİ-dəki Ermənistan Respublikasına verilib. Habelə iddia edir ki, Azərbaycanla Naxçıvan arasındakı quru yolunda çıxılmaz vəziyyətin yaranması, keçmiş Sovet İttifaqının süqutundan sonra Azərbaycanın öz ərazilərinin bir hissəsini itirdiyi Azərbaycan-Ermənistan müharibəsinin nəticəsidir və indi Azərbaycan Respublikasına qaytarılmalıdır. Burada belə bir sual ortaya çıxır ki, bəs nə üçün Qacar hökumətinin sonlarında Rzaxanın Türkiyəyə bağışladığı Ararat və İran İmperatorluğunun bir hissəsi olmuş şimali Azərbaycan bölgələri İrana qaytarılmasın?!

Azərbaycan Respublikasının Zəngəzur dəhlizi açmaq sevdasına düşməyinin səbəbi budur ki, bununla özü və Türkiyə üçün geopolitik və iqtisadi üstünlüklər əldə etməyindən əlavə, bu iki ölkə üçün quru və dəmiryol əlaqələrində yeni imkanlar yaranacaq. Halbuki, hal-hazırda Türkiyənin Azərbaycanla və Azərbaycanın Naxçıvanla quru yol əlaqələri İran ərazisindən keçir. Bu strateji mövqe, rüsum alması səbəbindən İran üçün özünəməxsus iqtisadi üstünlüyə malikdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Zəngəzur sərhəd dəhlizinə çıxışı ilə İranın Ermənistanla quru yolu bağlanacaq, bu strateji bölgədə iqtisadi maraqları itəcək və Cənubi Qafqazda regional rəqib kimi Türkiyənin mövqeyi artacaq. İranın Avropa və Avrasiya ilə 3 əlaqə yolu vardır: Türkiyədən keçən qədim yol; Azərbaycandan keçən yol; Ermənistandan keçən yol.

İranın Ermənistanla müştərək sərhədinin mövcud olduğu vaxta kimi Türkiyə və Azərbaycan digər iki yolu bağlamayacaq. Çünki İran bu iki ölkənin mühasirəsinə düşmür. Amma Azərbaycan Respublikası (Türkiyə və s. ölkələrin köməyi ilə) Zəngəzurda İran-Ermənistan ortaq sərhədinə yiyələnərsə, İran mühasirəyə düşür. Belə olduqda, o iki ölkə istədiyi vaxt İranın Avropa və Avrasiyaya çıxış yollarını bağlamaqla İrana qarşı hər hansı təzyiqi göstərə və imtiyaz ala bilərlər.

Bu məsələdə Rusiyanın mənalı sükutu da rusların İranın mövqeini dəstəkləmək istiqamətində düyün açan hüzur və köməyinə ümidi azaldır.

Digər tərəfdən isə Ermənistan Fars körfəzi-Qara dəniz dəhlizində yerləşdiyi üçün Avropa Birliyinin Asiya bazarlarına və əks istiqamətdə çıxışın ən qısa strateji yolu olduğundan Fars körfəzindən Qara dənizə və oradan Avropa ölkələrinə gedən enerji qaynaqları və malların əsas tranzit yollarından biri olmaq potensialına malikdir. Habelə, İran qazını digər ölkələrə və Avropaya köçürə biləcək bir ölkəyə çevrilə bilər. Eyni səbəbdən bu ortaq sərhədin qorunması İran üçün çox həyati və strateji əhəmiyyətə malikdir.

Bu kontekstdə sərhədlərdə hər hansı geopolitik dəyişikliyin qarşısını almaq məqsədilə ayıq-sayıq olmaq, hərbi gücü nümayiş etdirmək və əzmkarlıq göstərməklə yanaşı, bölgə hadisələrini izləmək, eyni zamanda bütün tərəflərlə danışıqları davam etdirmək, Ermənistan və Azərbaycan ölkələrinə balanslı yanaşma ilə şimal-qərb sərhədindəki gərginlik və problemləri aradan qaldırmaq və milli maraqlara qarşı yönəlmiş hər hansı bir təxribatı zərərsizləşdirmək olar.

Behruz Sadiqi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button