ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Təl-Əviv rejimi Cənubi Qafqazda casusluq şəbəkəsini gücləndirir-TƏHLİL

Sionist İsrail rejiminin Azərbaycan Respublikasını az qala öz plasdarmına çevirməsi ölkə ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanır.

Qafqaz.ir-nin məlumatına əsasən, bununla əlaqədar Pegasus casus proqramı vasitəsilə Azərbaycan rəsmilərini və eləcə də müxalif jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını izlədiyinə xatir biabırçı vəziyyətə düşən İsrail rejiminin diqqətləri bu skandaldan yayındırmaq üçün yeni fəndlərə əl atacağını gözləmək olardı. Ona görə də avqustun 11-də İrana aid yük maşınlarının görüntüsü ilə bağlı Azərbaycan xarici işlər naziri müavinin İran İslam Respublikası səfirinə gileylənməsi ola bilsin ki, İsrail kəşfiyyatının işlədiyi hiylənin nəticəsidir. Ehtimallara görə sionistlərin Cənubi Qafqazdakı agentura şəbəkəsi ermənilərlə əlbir olaraq hər iki tərəfin maraqlarına xidmət edən plan çərçivəsində, İranın özəl şirkətinə məxsus yük maşınlarının istiqamətini Qarabağa dəyişərək çəkiliş aparıblar və video Azərbaycan tərəfinə ötürülüb. Məkirli planın nəticələri belədir: Azərbaycan dövlətinin İrana münasibətdə rəyini dəyişmək və iki qardaş ölkə arasında süni böhran yaratmaq, əhali arasında İranı gözdən salmaq, Azərbaycanı ərazi bütövlüyü məsələsində İranın dəstəyindən məhrum etmək və saxta materiallar toplamaqla rəğmən İsraili strateji müttəfiq kimi qələmə vermək.

Onu da qeyd etmək yerinə düşərdi ki, yük maşınlarının Laçın koridoru vasitəsilə Xankəndinə istiqamət alması rusiyalı sülhməramlıların gözləri önündə baş verib və buna görə daha çox onlar məsuliyyət daşıyırlar. Lakin Rusiyanın İsrail ilə yaxın əlaqələrə malik olduğunu nəzərə alsaq, buna bir qədər təbii yanaşmaq lazımdır. Belə ki, bir çox məsələdə Rusiyanın maraqları İsrail rejimi ilə üst-üstə düşür və bu dövlət də İranın Azərbaycanla əlaqələrinin güclənməsini istəmir. Həmin fərziyyə əsasında istisna deyil ki, Rusiya dövləti də İrana qarşı qara-piarda fəal iştirak edir. Bununla belə sionistlərin bu işdə dirijorluqlarını unutmaq olmaz. Bunu sionist dairələr özləri də etiraf edirlər.

İsrail rejiminin Azərbaycanla bağlı məşum planları barədə “The Jerusalem Post”un dərc etdiyi “Azərbaycan: İsrailin gizli müsəlman dostu” başlıqlı məqalədə deyilir: İsrail üçün vacib məqamlardan biri Azərbaycanın cənubdan İranla həmsərhəd olmasıdır. İrana qarşı birgə fəaliyyət, İsrailin yüksək döyüş texnologiyasını əldə etmək imkanı, ABŞ-da yəhudi lobbisi vasitəsilə erməni diasporunun neytrallaşdırılması kimi amillər Azərbaycana İsraillə müttəfiqlik üçün stimul verir.

Sionist nəşr qeyd edir ki, Azərbaycana ağır silahların satışı yəhudi dövlətinin İrana qarşı daha bir psixoloji təzyiq cəhdidir. Pilotsuz təyyarələr və hava hücumundan müdafiə texnologiyaları Azərbaycanla mübadilənin əsas hissəsini təşkil edir. Amma İsrail-Azərbaycan əməkdaşlığı bundan da irəli gedir. Azərbaycanın coğrafi mövqeyi onu İrana açılan arxa qapıya çevirir. Belə məlumatlar yayılıb ki, İsrailin İrana qarşı casus əməliyyatları Azərbaycandan həyata keçirilir.

Maraqlıdır ki, “Çağdaş İranı Araşdırma Mərkəzi”nin prezidenti Rəcəb Səfərov da oxşar fikirləri irəli sürmüşdür. “Əldə olan məlumatlar göstərir ki, İsrailin xüsusi xidmət orqanları Azərbaycan Respublikasından İrana qarşı radioelektronik casusluq üçün istifadə edirlər. Azərbaycan dövlətinin təhlükəsizlik orqanları son illər ərzində ABŞ və İsrail kəşfiyyat orqanları ilə güclü əlaqələr qurublar”-deyə ekspert bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button