AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Lənkəranda polis əməkdaşlarından növbəti təhqiramiz addım FOTO

Qafqaz.ir  xəbər verir ki, avqustun 12-də Lənkəranda mülki geyimli polis əməkdaşları heç bir rəsmi sənəd olmadan şəhər sakinlərindən Kərbəlayi Hüseyn Cəfərovun evinə daxil olub, onun həyətində asdığı İmam Hüseyn (ə) bayrağını və matəm qarasını sökərək özləri ilə aparıblar. Bu barədə Lənkəran sakinlərindən redaksiyamıza verilən məlumatda bildirilir. Məlumata əsasən, buna səbəb Kərbəlayi Hüseynin üç il əvvəl divara yazdığı Əmirəlmöminin Həzrəti Əliyə (ə) aid hədis olub.

Mülki geyimli polis nəfərləri əvvəlcə divardakı hədisi siliblər. Daha sonra icazəsiz şəkildə Lənkəran sakininə aid həyətə daxil olub, onu həbs etməyə cəhd ediblər. Hadisi divara yazmış azyaşlı gəncin evinə girən mülki geyimlilər nə özlərini təqdim etmiş, nə də hər hansı sənəd təqdim etməmişlər. Polis əməkdaşları onun həyətindəki İmam Hüseyn (ə) qara bayrağının dirəyini sındırıb, bayrağın özünü cırıblar.

Mənbənin sözlərinə görə, bununla kifayətlənməyən mülki geyimlilər gəncin əynindəki qara köynəyi də zorla çıxararaq hörmətsizlik ediblər.

“Azyaşlı gəncin valideynləri övladının bu işinin haqq olduğu dediklərinə görə, gələnlər valideynləri həbs etmək istəyiblər. Onlarla mülki geyimdə olan şəxs post patrul maşınlarıyla əlində heç bir sənədi olmadan vətəndaşın evinə girib, onları öz evlərində təhqir ediblər”,

– deyə mənbə bildirir.

Xatırladaq ki, bu hadisə son 1 ay ərzində Lənkəranda polisin xalqın inancına qarşı ikinci təcavüzüdür. Bir qədər əvvəl İmam Əlinin vilayət bayramı olan Qədir-Xum bayramını qeyd edən 20 nəfərədək Lənkəran sakini, o cümlədən ruhani Kərbəlayi İlqar Əliyev bayram gecəsi polis zorakılığına məruz qalmışdı. İyulun 29-da baş vermiş hadisədən sonra Lənkəran dindarları 15-20 sutkalıq həbs cəzalarına məhkum ediliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button